Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduğuna görə Həcc ziyarəti üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb. ONN media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, artıq 20 nəfərə yaxın insan öz vəsaitini geri götürüb. Digər şəxslərin də vəsaitlərinin qaytarılması prosesi davam etdirilir və bütün vəsaitlər tam olaraq geri ödəniləcək. Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib. Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi. Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir. Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib. Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.
QMİ məlumat yaydı: Həcc ziyarəti ilə bağlı ödənişlər...



Bu il Həcc ziyarəti ləğv oluna bilər?- AÇIQLAMA
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI
Həccə getmək istəyənlərə xəbər var
Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb
QMİ-dən Həcc ziyarəti ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycandan Həcc ziyarəti üçün qiymət açıqlandı
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 