Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.
ONN media xəbər verir ki, vida mərasimi ilə bağlı Universitetin əsas binasının dəhlizlərindən qara və yaşıl parçalar asılıb.
Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülüb.
Mərasimdə BDU rəhbərliyi, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, alimin tələbələri, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edirlər.
Qeyd edək ki, vida mərasimi saat 13:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.
Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.



Eldar Quliyevlə vida mərasimi keçirilir
Vasim Məmmədəliyevlə vida
Orxan Əsgərovla vida mərasimi keçirilir
Fikrət Qocanın dəfn mərasimi keçirilir
Şirməmməd Hüseynov vəfat etdi
Musa Yaqubla vida mərasimi keçirilir
Tahir Salahovla vida mərasimi keçirilir - FOTOLAR
İbrahimbəyovla vida mərasimi keçirilir
Cavanşir Məmmədovla vida mərasimi başa çatdı
Ağstafada şəhidlə vida mərasimi keçirilir
Oqtay Əliyev ilə vida mərasimi keçirilir
Bakıda şəhidlə vida mərasimi keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 