Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Rusiya və Amerika liderlərinin qarşıdakı görüşünün təfərrüatlarını açıqlayıb. ONN media xəbər verir ki, Kreml rəsmisinin sözlərinə görə, prezidentlər 28 iyunda Osakada G20 (“Böyük yeddilik”) sammitində görüşməlidir. Görüş sammitdə liderlərin birinci iclasından sonra olacaq. Yeri Amerika tərəfi seçəcək. “Trampla görüş təxminən iki-üç saat olacaq”, - Uşakov deyib. Diplomat əlavə edib ki, görüşün dəqiq müddəti liderlərdən asılı olacaq. Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, görüşün uyğunlaşdırılmış gündəliyi mövcud deyil. Ancaq Uşakovun sözlərinə görə, liderlər strateji sabitliyi və regional münaqişələri, xüsusi halda, Suriya, İran, Əfqanıstan, Ukrayna və Venesuelanı müzakirə etməyi planlaşdırırlar. Həmçinin Rusiya prezidentinin köməkçisi dəqiqləşdirib ki, dialoq nümayəndə heyətlərinin iştirakı ilə keçəcək.
Kreml Putin-Tramp görüşünün təfərrüatlarını açıqladı



Putin-Tramp görüşünün detalları AÇIQLANDI
Putin və İlham Əliyev görüşəcək- NƏ MÜZAKİRƏ OLUNACAQ?
Zelenskidən Putinə ŞOK TƏKLİF
Putin-Tramp görüşü niyə baş tutmadı? - Lavrovdan İTTİHAM - VİDEO
Putin Çində səfərdədir
Tramp-Putin görüşü olmayacaq?
Kreml öz planını açıqladı
Rusiya və Türkiyə prezidentləri görüşə bilər
Putin-Ərdoğan bu tarixdə görüşəcək
İlham Əliyev və Putin nəyi müzakirə edəcək?
Putin və Ərdoğan kimlərlə görüşəcək?
“Rusiya nümayəndə heyəti bu axşam danışıqlar üçün Belarusda olacaq”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 