Dəniz suyu, havası, isti dəniz qumu - bütün bunlar əsl sağlamlıq mənbəyidir. Lakin çimərlikdə dincələndə bəzi sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin. 1. Su için! Çimərlikdə dincələndə mütləq yanınızda adi təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır - ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir. Susuzlaşmanın qarşısını almaq üçün tez-tez su için. Şirin qazlı sular, enerji içkiləri, spirtli içikələri çimərlikdə içməyin. Onlar susuzlaşmanı daha da artırır, orqanizmə ciddi ziyan vurur. 2. Gündən qoruyan vasitələri unutmayın! Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur. Son zamanlar alimlər bir çox gündən qoruyan kremlərin az effektli olduğunu aşkar ediblər. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın. Alternativ variant - təbii yağlardır. Bəzi yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır. Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın. 3. Nəm çimərlik geyiminizi mütləq dəyişin! Bu həm kişi, həm də qadınlara aiddir. Nəm çimərlik geyimində qalmaq sidik-cinsiyyət sistemi xəstəliklərinin riskini artırır, bu sistemdə mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb olur. 4. Gündən qoruyan eynək taxın! Saglamolun.az bildirir ki, gün şüaları gözlərimiz üçün ziyanlıdır. Şüalanma bir çox göz xəstəliklərinin (katarakta və s.) inkişafı riskini artırır. Keyfiyətli gün eynəklərindən istifadə edin. Ucuz eynəklər heç nədən qorumur və əksinə əlavə təhlükə yaradır. 5. Çimərlikdə düzgün qidalanın! Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər. Çimərlikdə meyvə-tərəvəz, qoz-fındıq, tum və adi sudan əlavə digər qidaları qəbul etməyin. 6. Başınıza panama, kepka taxın! Bu sizi günvurmadan qoruyacaq. Bundan əlavə panama saçınızı günün mənfi təsirindən qoruyur.
Çimərliyə gedənlər oxusun! 6 VACİB QAYDA



Yayda dəriyə qulluq - 7 ÇOX SADƏ QAYDA
FHN çimərliyə gedənlərə müraciət etdi
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO
Suyu belə içmək ziyandır
Ürəyi qoruyan ən yaxşı vasitə
Ürəyi isti havanın təsirindən qoruyan dəmləmə
Meyvə şirələri həyatı qısaldır?
Oruc vaxtı qəbizlik - Çarəsi
Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik
Onun sağaltmadığı xəstəlik yoxdur…
FHN-dən əhaliyə müraciət: Çimərlikdə bunlar olmaz! - Video
Limon suyunu sarımsaqla qarışdırıb için - 2 gün sonra...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 