Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) oxşayır.
Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir.
Dəniz suyu bir çox xəstəliklər zamanı faydalıdır.
ONN media bildirir ki, bu xəstəliklərin siyahısını təqdim edir:
- Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
- Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpgilərin azalmasına kömək edir.
- Sinir sistemi xəstəlikləri (nevrozlar və s.). Yod və bromla zəngin olan dəniz suyu sinir sistemini sakitləşdirir.
- Zob xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi ilə bağlı olan xəstəlik). Yodla zəngin olan dəniz suyu zobdan əziyyət çəkənlər üçün çox faydalıdır.
- Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömk edir.
- Oynaq və sümük xəstəlikləri. Kalsiuma zəngin olan dəniz suyu oynaq və sümükləri möhkəmləndirir, oynaqlarda iltihabları və ödemləri azaldır, qan dövranını yaxşılaşdırır.
- Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir.
- İmmunitet. Dəniz suyu immun sistemini möhkəmləndirir.
Dənizdə çimməyin qaydaları:
1. 11.00-dan 17.00-a qədər dənizə girməyin.
2. Suda 10-15 dəqiqə vaxt keçirmək kifayətdir.
3. Hava çox istidirsə, suya tədricən girmək lazımdır. Əks halda damarlar ani sıxıla bilər ki, bu da ürək tutması və hətta infarkta səbəb ola bilər.
4. Sudan çıxandan dərhal sonra nəm paltarınızı dəyişin. Uzun müddət ərzində nəm paltarda qalmaq böyrək xəstəliklərinin riskini artırır.
5. Sudan çıxanda 15 dəqiqə gözləyin (duz və faydalı mineralların təsirini artırmaq üçün) və sonra mütləq duş qəbul edin. Dəniz suyu dərini qurudur və bu da günəş yanıqlarının riskini artırır. Həmçinin dərinin quruması onu qocaldır.
6. Suyun temperaturası artdıqca onun faydası azalır və suda olan mikrobların sayı artırı. Bu səbəbdən temperaturası 24-25 C qədər olan suda çimmək daha faydalı sayılır.



Niyə dəfn mərasimlərində gül suyundan istifadə olunur?
Dəniz suyunun sağlamlaşdırıcı təsiri
Dəniz suyunun sağlamlaşdırıcı təsiri
Gənc qalmaq istəyənlərin NƏZƏRİNƏ
Çimərliklərdə monitorinqlərin nəticələri açıqlandı- VƏZİYYƏT NECƏDİR?
Onun sağaltmadığı xəstəlik yoxdur…
Azərbaycanda ilk: dəniz suyu çaya qarışdı
Bu çimərliklərin suyu çirklidir - NƏTİCƏ AÇIQLANDI
Evdə suyu belə qablarda saxlayın - SƏBƏB?
Qızılgülün min bir faydası
Şaftalı suyunun faydalarından xəbəriniz varmı?
Noxud suyunun möcüzəvi təsiri - XALQ TƏBABƏTİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 