Azərbaycanlı iş adamının oğlunun İspaniyanın İbiza adasındakı istirahət mərkəzində itirdiyi saat dünya mətbuatının da maraq dairəsindədir. ONN media xəbər verir ki, bu barədə İspaniyanın diariodeibiza.es saytında da yazı dərc olunub. Məqalədə deyilir ki, saatını itirən 22 yaşlı gənc qaldığı “Vila” otelindən birbaşa polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Oğru 30 yaşlarında olub. Həmçinin qeyd olunub ki, “Richard Mille (RM) 50-03 MCLaren F1” brendinə məxsus saatın dəyəri 1 150 000 avrodur və dünyada cəmi 75 ədəddir. Bu dünyanın ən yüngül saatıdır ki, cəmi 40 qram həcmi var. Səbəb isə hazırlanmasında titan və karbon nanomateriallarından istifadə olunmasıdır. Həmçinin karbon və qrafen qarışı olan polad saatı dəmirdən 200 dəfə dözümlü edir. Saat McLaren F1 avtomobilinin forması əsasında dizayn olunub. Son bir neçə gün ərzində İbiza polis şöbəsinin işçiləri oğurluqda şübhəli bilinən bir neçə nəfəri həbs ediblər. Bu insanlar adətən qrup şəklində çalışır və bahalı saatlar oğurlayırlar. Polislər bundan əvvəl adada beş oğurluq hadisəsinin də baş verdiyini açıqlayıblar. Fərq ondadır ki, həmin saatların qiyməti 150 min avro təşkil edib. Azərbaycanlı turistin saatı isə 1,15 milyon avrodur. Oğurluğu təşkil edən qrupun başçısının təxminən 50 yaşı olduğu bildirilir və hazırda nəzarət altındadır. Saatı oğurlayanlarınsa iki ərəb olduğu bildirilir. Belə ki, azərbaycanlı turist səhər saat 5 radələrində gecə klubundan çıxan zaman iki nəfər ona yaxınlaşır. Biri söhbətə tutur, digəri isə qolundan saatı zorla çıxardıb qaçır. 22 yaşlı zərərçəkən mübarizə aparsa da saatı əlindən qaçır. Xatırladaq ki, İbizadakı oğurluqlar əsasən Neapol və Kalabria mafiyalarının əlindədir. İtaliyanın peşəka mafiyaları ərazidəki fransız bandalarını məğlub etməyə nail olub.
Milyonluq saatı oğurlayanın KİMLİYİ BİLİNDİ



Azərbaycanlı səfirin saatı oğurlandı
Minneapolisdə də komendant saatı uzadıldı
Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT
Bir qrup gənc saxlanılıb - SƏBƏB?
Polis əməkdaşı həbs edildi
Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi
14 yaşlı qız saxlanıldı - Terrorda əli var
Dünya çempionu həbs edildi, səbəbi isə...
ABŞ -da komendant saatı daha 2 gün uzadıldı
Cəbhəyanı bölgələrdə polis əməkdaşlarının xidməti davam edir - DİN
Bakıda azyaşlılar mağazadan oğurluq etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 