İyunun 30-da keçirilən imtahanların nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, 2019-cu il iyunun 30-da: – ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları; – orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları; – orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib İmtahanın nəticələri saat 15:20-dən etibarən DİM-in internet saytında yerləşdirilib. 9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.
Nəticələr AÇIQLANDI



Ölkədə növbəti imtahanlar keçirilir
DİQQƏT - İmtahan nəticələri açıqlandı
Bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanıdır
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Bu gün 6461 məzun imtahan verəcək
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
Əvvəlki illərin məzunları bu tarixlərdə imtahan verəcək
DİQQƏT: Nəticələr elan edildi
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Gələn ilin buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 