Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də ikinci dəfə "Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.
DIM-dən verilən xəbərə görə, bu imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.
1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən "Azərbaycan dili" (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;
2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində "rus bölməsi"ni qeyd edən cari ilin abituriyentləri;
3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində "rus bölməsi"ni qeyd edən əvvəlki illərin məzunları.
"Azərbaycan dili" (dövlət dili kimi) imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün 2020-ci ildə keçirilən imtahandan 50 və daha yuxarı bal toplayan əvvəlki ilin məzunları bu imtahandan azaddırlar.
Digər 3 kateqoriyaya aid olan abituriyentlər imtahana bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ni çap etməli və "Azərbaycan dili" imtahanında iştirak etməlidirlər.



İkinci imtahan bu tarixdə olacaq
İmtahana girməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin NƏZƏRİNƏ!
DİM abituriyentlərə MÜRACİƏT ETDİ: Bu tarixədək...
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Bu gün imtahan keçirilir
Nəticələr AÇIQLANDI
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
DİQQƏT- Bu imtahanın nəticəsi açıqlandı
Sistem aktiv edildi: Bu şəxslər müsahibəyə buraxılmayacaq
Ölkədə növbəti imtahanlar keçirilir
Bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanıdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 