Bakıda bir qızın çiynindən düşən şala görə mübahisə düşüb və qətl hadisəsi baş verib. Əsgərlikdən yeni gələn 23 yaşlı Emin Şəmiyevi bıçaqlayaraq öldürüblər. ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Şirvan şəhər sakinləri hakim Mirzə Xankişiyevin qarşısına çıxarılıb. Təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi qıza görə öldürüblər. Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər. Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını "Nizami" stansiyasının qarşısında əlbəyaxa olublar. Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər. Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub. Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub. Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.(Bizimyol.info)
Bakı metrosunda FACİƏ: qıza görə oğlanı öldürdülər...



Bakıda 9 yaşlı qıza qarşı CİNAYƏT
Füzulidə 38 yaşlı kişidən 15 yaşlı qıza qarşı İYRƏNC ƏMƏL
ABŞ polisi 16 yaşlı qızı güllələdi
FHN əməkdaşını qətlə yetirənin kimliyi məlum oldu
İdman zalında qətl törədən şəxsə cəza verildi
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
Bakıda 15 yaşlı oğlan anasını metronun qarşısında öldürdü
Bakıda keçmiş məhkumdan QANLI CİNAYƏT
"Tik-Tok"a görə zabiti öldürən şəxs hakim qarşısında
Dəhşətli qətl: Bacısını və yeznəsini güllələdi
Bakıda 3 qardaş tutuldu - QƏTL HADİSƏSİ
Abşeronda dəhşət- 5 yaşlı qıza...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 