Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir. ONN media saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir. Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir. Likopin damarlar və kapilyarları elastik və möhkəm edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır və bununla da ürək-damar sistemi xəstəliklərindən qoruyur. Bundan əlavə likopin kişilərdə prostat vəzi xərçənginin riskini azaldır. Qarpızı yeməkdən dərhal sonra yemək olmaz. Bu həzm proseslərini pozur - köpə və qarın ağrılarına səbəb olur. Qarpızı yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra yeyin.
Kəsilmiş qarpızı yalnız soyuducuda saxlayın və 24 saat ərzində yeyin. Bundan çox saxlamaq olmaz ki, belə qarpız ciddi zəhərlənməyə səbəb ola bilər.Qarpızı soyuq yox, ilıq yemək faydalıdır! - Səbəbini oxuyun



Qarpızı ilıq yemək faydalıdır! - Səbəbini mütləq oxuyun
Qarpızın az bilinən 6 FAYDASI
Qarpızı soyuducuda saxlamaq olarmı? - Zərərləri açıqlandı
Ürək və damarların ən böyük dostu
Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır
Şirin qarpızı necə seçməli?
Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxuyun
Yemək yeyəndə su içmək olarmı?
Bir gündə nə qədər qarpız yemək olar?
Alimlərdən xəbərdarlıq - Qarpızı bu cür yeməyin
Feyxoa hansı orqanlar üçün faydalıdır? -Maraqlı
Adi tərəvəzlər orqanizmi bütün xəstəliklərdən qoruyur — SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 