Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü kilometrliyində qəzada ölən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun qəza anının görüntüsü ortaya çıxıb.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Fərhad Poladovun "Niva" markalı avtomobili ilə əks yola çıxaraq digər maşınla toqquşduğu əks olunub.
Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb. İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hunday" markalı avtomobillə toqquşub.
F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, idmançı ötən gün dünyasını dəyişib.
Xatırladaq ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb.
F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.



Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
Azərbaycanda ağır yol qəzası - ÖLƏN VAR
24 may Fuad Poladovun doğulduğu gündür
Aeroport yolundakı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ YAYILDI - ANBAAN VİDEO
Neftçalada motosiklet qəzaya düşdü - ÖLƏN VAR
Qubada dəhşət- Toy karvanı qəzaya düşdü
Kürdəmirdə avtomobil aşdı: YARALI VAR
Fuad Poladovun oğlu evləndi
Dünya çempionumuz evləndi - FOTO
Tovuzda qəzada yaralanan şəxsin olduğu təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
Bu gün Fuad Poladovun doğum günüdür
Qəbələdə yol qəzası
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 