“Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır”. ONN media xəbər verir ki, bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, deportasiya olunması üçün Ximski şəhərinin çıxardığı hökmdən apelyasiya şikayəti verib: “Rusiyadan deportasiya olunmağımla bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayət vermişəm. Əgər şikayətim təmin olunarsa və Rusiyada yaşamaq hüququm bərpa edilərsə, mən heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Əsas odur ki, haqqım bərpa olunsun”. F.Abbasov Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də vurğulayıb. Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.
Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək



Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
Ombudsman Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasov Azərbaycana BU TARİXDƏ deportasiya ediləcək
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb
Moskvada Fuad Abbasova görə yenidən aksiyaya başlanılıb
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Fuad Abbasovla bağlı YENİ XƏBƏR VAR
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasovla bağlı yeni xəbər
Fuad Abbasova daha bir zərbə
SON DƏQİQƏ: Fuad Abbasov Azərbaycana deportasiya edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 