Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının səbəbi açıqlanıb. Vəkil Azər Rəfiyev "Report"un Rusiya bürosuna açıqlamasında bildirib ki, Fuad Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşama icazəsi ləğv edilib. "Məhkəmə də onun Rusiya ərazisini on gün ərzində tərk etməsi barədə qərar çıxarıb. Ancaq Fuad Abbasov ölkə ərazisini tərk etmədiyindən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Əgər bəzi prosedurlar yerinə yetirilsə, Fuad Abbasov sabah - mayın 24-də Azərbaycana deportasiya edilə bilər", - deyə o qeyd edib. Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər



Fuad Abbasov Azərbaycana BU TARİXDƏ deportasiya ediləcək
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb
Fuad Abbasovla bağlı yeni xəbər
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
Vəkil: Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik
Ombudsman Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək
Fuad Abbasov bu gün Rusiyadan deportasiya edilir
Fuad Abbasov bu gün Bakıya göndəriləcək
Fuad Abbasovla bağlı xəbər var
Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasova daha bir zərbə
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 