İyulun 2-də polis əməkdaşlarının peşə bayramı günü Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, Xəzər və Binəqədi rayonlarında yeni yaradılan Binə və Binəqədi qəsəbəsi polis bölmələrinin, eləcə də Yasamal rayonunda Sosial Evlərin ərazisində polis sahə məntəqəsinin inşa edilmiş inzibati xidməti binalarının açılışı olub. Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi polis general-mayoru Elçin Həsənov, idarə və şöbə əməkdaşları, habelə qeyd edilən rayonların icra hakimiyyətinin rəhbərlər şəxsləri də iştirak ediblər. Açılış mərasimlərində çıxış edən, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, yeni inzibati binaların istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür. Məlumat verilib ki, inşa edilən binaların hər biri müasir standartlara uyğun olan zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, yardımçı otaqlar və idman zalları istifadəyə verilib, həyətlərə su anbarları tikilib. Binalarda havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazilərdə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. Tədbir iştirakçıları yeni binaların növbətçi hissələrinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar. Sonda iştirakçılar binalarda ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Bakıda 2 polis bölməsi açıldı



Nazir generalı vəzifədən AZAD ETDİ
Mirqafar Seyidov vəzifəsindən azad edildi
Nazir Mirqafar Seyidova yeni müavin təyin etdi
General Mirqafar Seyidova itki üz verdi
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Nazir ona yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev 3 DİN əməkdaşına general rüstbəsi verdi (SƏRƏNCAM)
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini o icra edəcək
Eyvazov generalın qardaşına yeni vəzifə verdi
Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin etdi
Özünü öldürən polis məşhur generalın qardaşı imiş
Ramil Usubovdan yeni TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 