Əliməmməd Nuriyev: “Qanunlar bütün vətəndaşların, eləcə də uşaqların hüquqlarını yetərincə qoruyur” ONN media xəbər verir ki, Fransa parlamenti övladını döyən valideynlərin Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilməsi ilə bağlı qanun qəbul edib. Bəs ölkəmzidə necə, övladını döyən valideynlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı qanun varmı? Hüquqşünas Əliməmməd Nuriyev Azərbaycan qanunlarının da uşaqların hüquqlarını ciddi müdafiə etdiyini vurğuladı. Ekspertin sözlərinə görə, Azərbaycanda qanun uşaqları döyən, onlara işgəncə verən şəxslərin qanunun bütün sərtliyi ilə cəzalandılrılmasını nəzərdə tutur: “İnzibati Xətalar Məcəlləsində uşaq və ya böyük olmasından asılı olmayaarq, döyməyə görə məsuliyyət nəzərdə tutulur. Işgəncə ilə bağlı isə Cinayət Məcəlləsində müvafiq norma var. Əgər döymə və ya işgəncə faktı yetkinlik yaşına çatmayanlarla münasibətdə baş veribsə, o zaman həmin əmələ görə daha ağır cəzalar nəzərdə tutulur. Bir sözlə, Azərbaycanda qanunlar bütün vətəndaşların, eləcə də uşaqların hüquqlarını kifayət qədər ciddi və əhatəli şəkildə qoruyur. Odur ki, zənnimcə, hər hansı əlavə qanunun qəbuluna ehtiyac yoxdur”.
“Uşaqlara əl qaldıran hər kəs bilməlidir ki...” – Diqqət

