Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. ONN media -ya Fonddan verilən məlumata görə, ARDNF-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycanın Baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib. İclasda ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-nin 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat və yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb. Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.
Novruz Məmmədov yeni VƏZİFƏYƏ SEÇİLDİ



Novruz Məmmədova yeni vəzifə verildi
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
Neft Fondunun gəlir və xərcləri açıqlandı
Dövlət Neft Fondunda yüksək vəzifəyə yeni təyinat
Gələn il ARDNF-nin büdcəyə köçürəcəyi vəsait məlum oldu
Prezident Dövlət Neft Fondu ilə bağlı sərəncam imzaladı
İlham Əliyevdən yeni təyinat - Sərəncam
Azərbaycanın valyuta ehtiyatları 3 faiz artdı
Prezident ona YÜKSƏK VƏZİFƏ verdi
Azərbaycanın qızıl ehtiyatları açıqlandı - RƏSMİ
Prezident Dövlət Neft Fondunun 2018-ci il büdcəsini təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 