Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 173,7 milyon manat, büdcə xərcləri isə 4731,6 milyon manat təşkil edib.
ONN media xəbər verir ki, fonddan daxil olan məlumata görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akr hesabı ödənişlər 0,5 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb. 2,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat olub.
2018-ci il iyulun 1-ə fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22 faiz artaraq 38036,1 milyon ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına yaranıb.



Neft Fondunun aktivləri 240 milyon dollar artıb
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurdu
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Gələn il Naxçıvana 281 milyon manatdan çox dotasiya ayrılacaq
“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Gələn il ARDNF-nin büdcəyə köçürəcəyi vəsait məlum oldu
Bu bankın zərəri gəlirindən çoxdur- Bağlana bilər?
Azərbaycan büdcəsində 418 milyon manatlıq qalıq yarandı - STATİSTİKA
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər artıb?
Azərbaycanın dövlət büdcəsinin gəlirləri azalıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 