Köp adətən qidaya olan orqanizmin reaksiyasıdır. Lakin bəzən köp ağır xəstəliyin simptomu kimi meydana çıxa bilər. ONN media saglamolun.az-a istinadən bildirir ki, Rusiyanın Seçenov adına Tibb Universitetinin müəllimi Evgeniy Moroşkinin sözlərinə görə, bağırsaqlarda qazların olması təbii fizioloji haldır. Hava mədə-bağırsaq sisteminə insan yeməyi udanda daxil olur. Daha sonra həzm prosesləri zamanı da qazlar əmələ gəlir. Həmçinin qazların müəyyən miqdarı bağırsaqlara qandan daxil olur. Bəzi qida və içkilər bağırsaqlarda qazların daha çox əmələ gəlməsinə səbəb ola bilər. Bu qazlı içkilər, çovdar çörəyi, kələm, paxlalılar, bir çox meyvə və giləmeyvələr ola bilər. Süd məhsulları və xüsusilə süd bəzi insanlarda yaxşı həzm olunmadığından köpməyə səbəb olur. Stress, güclü psixoemosional gərginlik həzm proseslərinin pozulmasına səbəb olur ki, bu da köpün artmasına gətirib çıxardır. Sağlam insanda köp heç bir xüsusi müalicə tələb etmir və özü-özündən keçir. Lakin köp insanı çox narahat edirsə, uzun müddət keçmirsə, köpdən əlavə insanda gəyirmə, ürəkbulanması, qəbizlik və ya ishal, iştahanın azalması kimi simptomlar əmələ gəlibsə, bu artıq həzm sistemində hər hansı xəstəlik və ya pozulmaya işarə edə bilər. Bəzən köp xərçəngin simptomu kimi meydana çıxır. Məsələn, qadınlarda yumurtalıq xərçəngi zamanı köp, qarında ağırlıq kimi simptomlar çox tez-tez olur.
Tez-tez köpürsünüzsə, diqqətli olun! - Bu ağır xəstəliklərə işarə edir



Tez-tez turşu yeyənlər MÜTLƏQ OXUSUN: Yeməkdən əvvəl...
Yaşıl bananın faydaları nədir?
Turşuların bilmədiyiniz ziyanları - İltihab, artıq çəki, sirroz...
Bu məhsullar sonsuzluq yaradır
Qaraciyər üçün ən ziyanlı 3 məhsul
Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB NƏDİR?
Piylənmə, bağırsaq xərçəngi, diabet və insultdan qoruyan MADDƏ
Yemişlə balı eyni vaxtda niyə yemək olmaz? - SƏBƏB
Dərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR
Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR
Meyvə ilə yulafın orqanizmə təsiri necədir?
DİQQƏT: Bu məhsulları acqarına yemək OLMAZ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 