Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Qida Təhlükəsizliyi Agentliyindən ONN media -ya verilən məlumata görə, istehlakçıların sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun təşkili vacib amillərdəndir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Növbəti belə nəzarət tədbiri Agentliyin Gəncə regional bölməsi tərəfindən Gəncə şəhərinin Natəvan qəsəbəsində həyata keçirilib. Reydlərdə Gəncə Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib. Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Qeyri-qanuni fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb. Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub. Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.
Mənşəyi bilinməyən heyvan əti aşkar edildi - Gəncədə



Bakıda qanunsuz kəsim məntəqələri aşkarlandı
Qanunsuz heyvan kəsimi məntəqələri söküldü
AQTA Bakı sakinlərinə MÜACİƏT ETDİ
Müasir heyvan kəsimi məntəqələri yaradılacaq
Qurban bayramı üçün heyvan kəsimi məntəqələrinin SİYAHISI
Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı
Beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
Qanunsuz heyvan kəsimi: bir nəfər məsuliyyətə cəlb edildi
AQTA yeni il qutuları ilə bağlı məlumat yaydı
188 kq yararsız ət AŞKAR EDİLDİ
Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri - SİYAHI
Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 