Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə şəhid ailəsinin Xətai rayon 36-cı Polis Bölməsində döyülməsi ilə bağlı soaial şəbəkələrdə yayılan videosujetə münasibət bildirib.
Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb.
"Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".
Məlumatda bildirilib ki, Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır: "İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.
Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb".
Faktla bağlı toplanmış materiallar Xətai Rayon Prokurorluğuna göndərilib.
Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir".(modern)



Polis şəhid xanımının bölməyə hücumunun görüntüsünü yaydı - VİDEO
Şəhid qardaşı şöbədə döyülüb?-Rəsmi
Başçı oğlunun təyinatı yalan çıxdı - Rəsmi
Kərim Süleymanlı tabesizlik göstərərkən xəsarət alıb - RƏSMİ
"Tarqovı" bağlanıb? - RƏSMİ
Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Bakıda fahişəxanadan çəkiliş - Döyülənlər var
Polis müğənni Kərimi döyüb? - RƏSMİ AÇIQLAMA
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Azərbaycanda 8-ci sinif şagirdinin küçədə başı kəsilib? – Dəhşətli görüntülərə Bakı polisindən REAKSİYA: 18+
Döyülən qazi polis şöbəsinə çağırıldı - DİN
DİN-dən SOCAR-ın və polisin şəhid ailəsinə təzyiq etməsi xəbəri ilə bağlı AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 