Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb.
İqtisadiyyat Nazirliyindən ONN media-ya verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü Şərab Evidir.
“Azərbaycan Şərab Evi”nin açılışında nazir Şahin Mustafayev, Rusiyanın Sənaye və icarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olub, onlara Azərbaycan şərabları barədə geniş məlumat verilib. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. Şərab Evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” yerli məhsullarımızın ixracının dəstəklənməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.



Çində "Azərbaycan Şərab Evi" açıldı
Azərbaycanda şərab festivalı keçiriləcək
Leyla Əliyeva festivalda təşkil edilən pavilyonlarla tanış oldu
Bu ilin sonunda şərab evinin açılması nəzərdə tutulur
Məhsullarımız Parisdə nümayiş olunacaq
Bakıda bir ilk
Azərbaycan məhsulları Çində nümayiş olundu
Ermənilər ŞOKDA: Zavod Bakının nəzarətinə keçdi
İnam Kərimov şərab istehsalçıları və ixracatçıları assosiasiyasının üzvləri ilə görüşüb
500 min avro dəyərində şərab oğurlandı - Fransada
Azərbaycanda Üzüm və Şərab Festivalı keçiriləcək
Ukraynada "Azərbaycan Ticarət Evi" açılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 