Sentyabrın 29-da Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.
ONN media xəbər verir ki, üç gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd edək ki, 2019-cu ildə keçirilən ilk Üzüm və Şərab Festivalı günlərində şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunmuşdu. Festival ilk dəfədən yerli sakinlər və qonaqların böyük marağına səbəb olmuşdu.
Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünəcək, şərab və yemək pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.
Festival şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar. Tədbirdə iştirak iTicket.az saytı vasitəsi ilə mümkündür.
Festival oktyabrın 1-də başa çatacaq.



Leyla Əliyeva festivalda təşkil edilən pavilyonlarla tanış oldu
Azərbaycanda Üzüm və Şərab Festivalı keçiriləcək
Yekaterinburqda “Azərbaycan Şərab Evi” açıldı
Bakıda bir ilk
Ermənilər ŞOKDA: Zavod Bakının nəzarətinə keçdi
Şamaxıda hava şarları festivalı başladı
Çində "Azərbaycan Şərab Evi" açıldı
Azərbaycanda üzüm istehsalı artdı
Bu ilin sonunda şərab evinin açılması nəzərdə tutulur
İnam Kərimov şərab istehsalçıları və ixracatçıları assosiasiyasının üzvləri ilə görüşüb
500 min avro dəyərində şərab oğurlandı - Fransada
Prezident: "Azərbaycanda hər bir yeni doğulan uşaq üçün gələcəkdə iş yeri olmalıdır"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 