Bəzi mətbuat orqanları hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdır. ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev mediada yayılan Ucar Mərkəzi Xəstəxanası üçün avadanlıqların alınmasına 35 milyon manat xərclənməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. O bildirib ki, Ucar Mərkəzi Xəstəxanasına avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur: “Ötən gün mediada “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” sərlövhəli məqalədə qeyri-dəqiq və absurd məlumatlar dərc edilərək ayrı-ayrı dövlət qurumlarının ünvanına əsasız ittihamlar səsləndirilib. Məqalədə Ucar Mərkəzi Xəstəxanası üzrə bəzi inventarların və avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur. Məsələn, məqalədə iddia olunur ki, Ucar Mərkəzi Xəstəxanasına bəzi inventarların alınması üçün 13 milyon 231 min manat, avadanlığın alınması üçün 11 milyon 748 min manat, dəftərxana və təsərrüfat malları alınması üçün 9 milyon 747 min manat ayrılıb”. Nazirlik rəsmisi bildirib ki, 2019-cu ildə Ucar Mərkəzi Xəstəxanasına dəftərxana və təsərrüfat mallarının alınması üçün cəmi 89 min manat nəzərdə tutulub: “Sual olunur, “2019-cuil dövlət büdcəsi haqqında” qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?! Məlumat üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərində, Ucar rayon yerli xərcləri üzrə cəmi 2 milyon 935 min manat vəsait nəzərdə tutulub ki, həmin vəsaitin 2 milyon 76 min manatını və ya 70,7 faizini əməkhaqqı ödənişi ilə əlaqədar xərclər təşkil edir”.axar.az
Bir xəstəxana üçün “dəftər almağa” 10 milyon ayrılıb?



Azərbaycanda koronaviruslu xəstələr üçün ayrılan xəstəxanalar - SİYAHI
Azərbaycan 1 milyard dollardan çox borc qaytaracaq
Silah arsenalının yenilənməsinə yarım milyard manat ayrılıb
İlham Əliyev sərəncam imzaladı
Ucarda qeyri-adi məxluq varmı? - AÇIQLAMA
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs tutuldu
Bu rayonda yaşayanların NƏZƏRİNƏ
Nəbatət bağı ilə bağlı rəsmi açıqlama
Prezident bu bağ üçün 25 milyon manat ayırdı
Prezident bu yolun tikintisinə 4,6 milyon manat ayırdı
Hacıqabulda məktəb tikintisinə 1,5 milyon manat ayrılıb
Ucarda kənd xəstəxanasından biyabırçı görüntü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 