Ucarın Əlikənd kənd həkim məntəqəsi qəzalı vəziyyətdədir və hər an uçma təhlükəsi ilə üz-üzədir.
ONN media xəbər verir ki, bunu “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri deyiblər.
Sakinlər bildiriblər ki, hazırda həkim məntəqəsinin dam örtüyü qırıq, pəncərələri sınıq, divarları çatlaqdır, daxili hissəsi uçmamaq üçün taxta konstruksiyalarla bərkidilib.
Qeyd edək ki, Əlikənd kənd həkim məntəqəsinin inzibati binası 1990-cı ildə tikilib və vaxtilə 50 çarpayılıq kənd xəstəxanası kimi fəaliyyət göstərib. Bundan başqa, binada illər əvvəl Ucarın üç kəndinin - Əlikənd, Ramal və Şahlıq kəndlərinin üç minə yaxın əhalisinə tibbi xidmət göstərilib.
Son illər isə bina baxımsızlıq ucbatından qəzalı vəziyyətə düşüb. Burada şərait olmadığı üçün sakinlər kənddən 15-16 km aralıda yerləşən Ucar Rayon Mərkəzi Xəstəxanasına üz tutmağa məcbur olurlar.
Məsələ ilə bağlı Əlikənd kənd bələdiyyəsinin sədri “Report”un yerli bürosuna bildirib ki, bununla bağlı rayon rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb.
Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xaləddin Qafarlı isə deyib ki, xəstəxananın vəziyyətindən xəbərdardırlar və aidiyyəti qurumlar həmin xəstəxana binasına baxış keçiriblər:
“Xəstəxana binasının yenidən tikilməsi dövlət proqramına salınıb və yaxın vaxtlarda vəsait ayrılan kimi yeni bina tikilərək sakinlərin istifadəsinə veriləcək”.



Ucarda məktəbin tavanı dərs zamanı uçdu
Bakı məktəbində BİYABIRÇI GÖRÜNTÜ
4 uşaq atası özünü güllələdi - UCARDA
Sakinlər bu kəndi niyə tərk edirlər?
Azərbaycanda qəribə kənd: Burada heç kim maşın sürmür - VİDEO
Oğuzda kütləvi dava — Yaralılar var
Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Oğuzda bağçada uçqun oldu
Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
5 yeniyetmə itin hücumuna məruz qaldı - Kürdəmirdə
Bakının bu hissəsində yaşayanlara ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 