Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. DİM-dən ONN media-ya bildirilib ki, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında elektron qaydada keçiriləcək. İmtahana qeydiyyat iyunun 18-dən iyulun 12-si saat 16:00-dək aparılıb və bu müddət ərzində 83 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi" gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.
Bu gün dövlət qulluğunda test imtahanı keçirilir



Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
DİQQƏT - Test imtahanı keçiriləcək
Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ
Dövlət qulluğuna qəbul imtahanında 1753 namizəd qeydiyyatdan keçib
Dövlət qulluğunda çalışmaq istəyənlərə ŞAD XƏBƏR
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
Dövləq qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
DİM-dən dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ
DİM dövlət qulluğuna qəbul imtahanı keçirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 