Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq
Dövlət İmtahan Mərkəzi (DİM) 22 aprel 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.
ONN media-ya DİM-nin saytına istinadla xəbər verir ki, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 364 namizəd, BB qrupu üzrə 1308 namizəd, ümumilikdə isə 1672 namizəd qeydiyyatdan keçib.
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər aprelin 17-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
— şəxsiyyəti təsdiq edən sənədin əsli;
— "İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.



Dövlət qulluğuna qəbul imtahanında 1753 namizəd qeydiyyatdan keçib
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
Dövləq qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ
Dövlət Qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə
Bu gün dövlət qulluğunda test imtahanı keçirilir
DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
DİM dövlət qulluğuna qəbul imtahanı keçirəcək
Sabah dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
DİQQƏT - Test imtahanı keçiriləcək
XİN-də işləmək istəyənlərin nəzərinə!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 