Respublika Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətləri Şəki Xan Sarayının qarşısında baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb. ONN media xəbər verir ki, məlumatda iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüyü bildirilir. Qeyd edilir ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib. Bakı şəhərindən FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb. Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlətimizin başçısının xüsusi nəzarətindədir. Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Prezident Şəkidəki hadisəni nəzarətə götürdü



Şəki Xan Sarayı BAĞLANDI
Turizm Agentliyi Şəkidəki hadisəylə bağlı məlumat yaydı
Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq - RƏSMİ
Şəki Xan Sarayına giriş bərpa olunub
Şəki Xan Sarayına giriş bərpa olunur? - Açıqlama
Şəki Xan Sarayı nəvaxt açılacaq?- RƏSMİ
Şəki Xan Sarayında faciə niyə baş verib?
Şəkidə çörək sexində partlayış - 1 nəfər yaralandı
Şəkidə AĞIR QƏZA - Yaralılar var
Şəkidə GÜCLÜ PARTLAYIŞ - Yaralı var
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
FHN və Baş Prokurorluqdan partlayışla bağlı - MƏLUMAT
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 