Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluğu Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizində baş vermiş partlayışla bağlı birgə məlumat yayıb. ONN media xəbər verir ki, birgə məlumatda deyilir: "Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülqb. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir". Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.
FHN və Baş Prokurorluqdan partlayışla bağlı - MƏLUMAT



SOCAR-ın kəşfiyyat qayığında partlayış: 1 ölü, 3 yaralı
SOCAR-ın işçisi həbs edildi
Xəzər dənizindəki estakada yanğını ilə bağlı RƏSMİ AÇIQLAMA
“Azəriqaz” Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı
SON DƏQİQƏ: Xırdalandakı dəhşətli partlayışla bağlı cinayət işi açıldı
Partlayış zamanı 6 meyit tapıldı
Sumqayıtda 6 gün əvvəl baş verən partlayışla bağlı CİNAYƏT İŞİ başlanıb
Bakıda ağır yol qəzaları - 3 nəfər öldü, xəsarət alanlar var
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
Partlayış zamanı həlak olanların sayı açıqlandı
FHN Xəzərdəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bakıda baş verən partlayışla bağlı cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 