Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib.
ONN media xəbər verir ki, Massaçusets Hesablama Mərkəzinin əməkdaşı olan F.Korbato 1950-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsini, 1956-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini alıb.
1962-ci ildə dosent olan alim 1965-ci ildə professor vəzifəsinə qədər yüksəlib. 1974-1978-ci və 1983-1993-cü illərdə kompüter elmləri və mühəndislik kafedrasının müdir müavini vəzifəsində çalışıb.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı istifadəçi hesablarının parolla qorunması konsepsiyasını 1961-ci ildə mütəxəssislər qrupu ilə birgə bir neçə adama eyni anda kompüterdən istifadəyə imkan verən vaxtın bölünməsi ideyası (Compatible Time-Sharing System, CTSS) əsasında proqram paketinin hazırlanması zamanı yaradıb.
F.Korbato 1990-cı ildə vaxt və resursların ayrılması ilə ümumi təyinatlı kompüter sistemlərinin hazırlanmasına verdiyi böyük töhfəyə görə “Turing Award” mükafatına layiq görülüb.
Bu, alimin yeganə yeniliyi olmayıb. “CTSS” sistemindən eyni anda istifadə modeli kompüter cavablarının gözləmə vaxtını saatlardan saniyələrədək azaltmaqla texnologiyanı daha praktik edib. Onun “Multics time-sharing system” sistemi isə “Linux” kimi gələcək əməliyyat sistemləri üçün əsas rolunu oynayıb.(ölkə.az)
İlk kompüter parolunun ixtiraçısı 93 yaşında vəfat etdi



AMEA-nın köhnə prezidenti vəfat etdi
BDU-nun tanınmış müəllimi dünyasını dəyişdi
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
Aydın Abiyev vəfat etdi
Professor Abasqulu Quliyev vəfat edib
Azərbaycanlı kimyaçı alim vəfat etdi
Cəfər Quluzadə vəfat etdi
Bu universitetin dosenti vəfat etdi
BDU-nun rektoru həyatını itirdi
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT
14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 