İnternetdə asanlıqla daha yaxşı səhər yeməyi üçün məsləhətlər tapa bilərsiniz. Onlardan bəziləri sizi təəccübləndirə və ya qorxuda bilər. Digər qrupu isə gülünc görünə bilər. ONN media xəbər verir ki, nəticələri “Bədən və Soul” jurnalında nəşr olunan bir araşdırmaya görə, səhər yeməyində dondurma yemək intellektual inkişafınıza kömək edir. Məlum olub ki, bu ləziz deserti səhər yesəniz, inanılmaz bonuslar qazana bilərsiniz. Tədqiqat Tokiodakı Kerin Universitetinin professoru Yoşihiko Koqanın rəhbərliyi altında aparılıb. Təcrübə iştirakçılarının yarısı hər səhərlər 3 qaşıq dondurma yeyib. Könüllülərin ikinci yarısı isə adi səhər yeməyi ilə qidalanıb. Nahardan sonra bütün iştirakçılara kompüterdə testlər yerinə yetirmək tapşırılıb. Dondurma yeyən könüllülər testləri daha rahat həll edib. Onlarda konsentrasiya daha güclü olub, odur ki, testlərdən daha tez keçiblər. Professor Koqa deyir ki, dondurma konsentrasiyaya faydalı təsir göstərir və beyin funksiyasını yaxşılaşdırır. Yapon fizioloqunun sözlərinə görə, o, əldə etdiyi nəticələrə dair daha bir sıra kliniki eksperimentlər həyata keçirib. Sonra tədqiqatı soyuq su ilə təkrarlayıb. İştirakçılara oyandıqdan dərhal sonra bir stəkan soyuq su içmək təklif edilib. Bu eksperimentdə də konsentrasiyanın yaxşılaşması qeydə alınıb. Ancaq göstəricilər dondurma kimi effektli olmayıb. Əlbəttə ki, uşaqlıqdan sevərək yediyimiz dondurmada xüsusi bir şey var. Ola bilsin ki, bütün sirr bu şirniyyata olan həssaslığımızdan asılıdır. Lakin uzun müddətli və gündəlik olaraq səhərlər dondurma yeməyin faydalarını müəyyən etmək üçün əlbəttə ki, əlavə tədqiqat lazımdır.(publika)
Yapon alimlərindən İNANILMAZ ARAŞDIRMA - Beyini gücləndirən qida tapıldı



Həkimdən CİDDİ XƏBƏRDARLIQ – Dondurma niyə təhlükəli məhsuldur?
Səhər yeməyi yeməyən insanların nəzərinə!
İsti havalarda DONDURMA YEMƏK OLMAZ
Qızmar istidə dondurma yemək təhlükəlidir?
Evdə dondurma hazırlamağın ən rahat yolu - RESEPT
Bu şəxslərə dondurma yemək olmaz
Səhər yeməyinin faydaları nələrdir?
Bu mövsümün ən böyük bəlasından xilas olun
3 gündə 4 kilo arıqlayacaqsınız
Dondurma alarkən diqqətli olun - Tanınmış professordan XƏBƏRDARLIQ
Sən demə dondurmanı bu günədək səhv formada yemişik
Evdə hazırlaya biləcəyiniz asan dondurma resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 