Son aylar ərzində Bakı Dövlət Universitetində aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər də var. ONN media xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları" mövzusunda konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu rəqabət sağlam olmalıdır: "Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır". Bu il BDU-nun 100 ili qeyd olunduğunu xatırladan rektor qeyd edib ki, mətbuat və informasiya sahəsində işlərini yenidən qurmaq üçün digər təcrübələri öyrənirlər. E.Babayev onu da əlavə edib ki, bu gün Azərbaycanın söz azadlığı sahəsində çox böyük uğurları var: "Nə qədər gözü götürməyən qüvvələr olsa da, qara yaxmağa çalışsalar da, Azərbaycanda kifayət qədər söz azadlığı mövcuddur".
Rektor BDU-dakı dəyişikliklərdən danışdı



BDU-nun yeni rektorundan möhtəşəm addım
BDU-nun bütün əməkdaşlarına 500 manat veriləcək
Məleykə Abbaszadə: Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun təşkil olunmalıdır
Yeni rektor kollektivə təqdim olundu
BDU-nun rektorundan tələbələrə növbəti jest
Prezident xaricdə təhsillə bağlı SƏRƏNCAM İMZALADI
BDU-da 2 prorektor İŞDƏN ÇIXARILDI
BDU-da böyük inqlab-BU ŞƏXSLƏR VƏZİFƏDƏN KƏNARLAŞDIRILDI
Universitetlərdə COVİD-19 pasportu belə yoxlanılacaq
Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
"100 balı" keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq
Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 