Azərbaycanda son 6 ay ərzində 8324 boşanma rəsmiləşdirilib. Buraya əcnəbilər və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşları arasındakı 93 nikah da daxildir. Onu da qeyd edim ki, Azərbaycanda ən az boşanma 1999-cu ildə (5013), ən çox boşanma isə 2018-ci ildə (14857) qeydə alınıb. Boşanma ilə bağlı indiyədək olan statistikalardan da görünür ki, say getdikcə artır. Konkret desək, hər 4 nəfərdən biri boşanır. Mütəxəssislər bunun ailə institutuna ciddi zərbə olduğunu bildirir.
ONN media xəbər verir ki, tanınmış fizioloq, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Cebhe.info-ya boşanma səbələrindən danışıb.
Bildirib ki, buna qidalar, internet və sosial şəbəkələri səbəb olur:
“Telefon və sosial şəbəkələr milləti məhv edir. Bir tərəfdən də sosial durum pisləşib, problemlər artıb, kasıbçılıqdı. Xəstəliklər artıb və insanların çoxunun psixoloji durumu normal deyil. Hələ qidalarımızı demirəm. Bilirsiz, qidalarımız nə gündədir? Oğlanların kişiliyi qalmayıb. Mən hər şeyi açıqlamaq istəmirəm. Kişi kişi deyil! Anlayırsınızmı? Qadın onda durarmı? Nəyinə lazımdır elə kişi? Palma yağını yeyən adam elə olacaq da… Bütün bunlar cəmləşəndə sonu boşanma olur”.
R.Mahmudov boşanmaların artmasında psixoloji təsirin rolundan da danışıb:
“Psixoloji təsir ola bilməz. O boşanıb, mən də boşanım, bu yarışdır? Elə şey ola bilməz. Bir sözlə, boşanmalara əsas səbəb qidalar, sosial şəbəkələr və kişilərin kişi olmamasıdır”.



Azərbaycanda nikahların və boşanmaların sayı azaldı
Azərbaycanda bu il nə qədər boşanma olub? - ŞOK RƏQƏMLƏR
İlin ilk 2 ayında nikah və boşanmaların STATİSTİKASI göstərir ki...
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
Azərbaycanda boşanmalarla bağlı - TƏHLÜKƏLİ STATİSTİKA
Azərbaycanda boşanmaların sayı artdı
Nikah və boşanmaların sayı açıqlandı
Azərbaycanda iki ayda MİNLƏRLƏ BOŞANMA OLDU
Azərbaycanlı müğənni boşandı
Məşhur cütlük boşanır
Azərbaycanda boşanmaların ƏSAS SƏBƏBİ açıqlandı
Karantin boşanmların sayına necə təsir edib? - ÜZÜCÜ RƏQƏM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 