Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti iyulun 19-da Dənizkənarı Milli Parkda maarifləndirmə tədbiri keçirib. FHN-dən ONN media -ya bildiriblər ki, Dənizkənarı Bulvar İdarəsinin “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında keçirilən tədbirdə çıxış edən yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Rövşən Bəkirov “Yanğın təhlükəsizliyi qaydaları”ndan danışıb. Bildirib ki, Dənizkənarı Milli Park isti yay günlərində əhalinin sıx toplaşdığı, uşaqların və valideynlərin istirahət etdiyi məkandır. Ona görə də burada təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməsi çox vacibdir. Bunun üçün yanğına cavabdeh şəxslər, ilk növbədə, işçiləri təlimatlandırmalı, su mənbələrinin, avtomatik yanğınsöndürmə və xəbərverici qurğuların, ilkin odsöndürücü balonların işlək və saz vəziyyətdə olmasına, elektrik təsərrüfatına ciddi diqqət yetirməlidirlər. İşçilər bilməlidirlər ki, əhali tezalışan, partlamaya meyilli maddələrlə ticarət mərkəzlərinə daxil olmamalı, çıxış qapıları, təxliyə yolları açıq saxlanılmalıdır. Sonda ilkin odsöndürücü balonlardan istifadə qaydası şərti yanğın zamanı əyani surətdə göstərilib.
FHN Dənizkənarı Milli Parkda tədbir keçirdi



Bakı polisi bulvarda reyd keçirdi
Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb və... - FHN
Dənizkənarı Milli Park ərazisində HADİSƏ
Bakıda möhtəşəm fləşmob keçiriləcək
Bulvarda gözlənilən bayram ab-havası başladı - FOTOLAR
Uşaqlara şad xəbər
Bakı bulvarında DƏHŞƏTLİ OLAY - ÖZÜNÜ DƏNİZƏ ATDI
Bakı bulvarında yeniliklər: Yeni illə bağlı nələr olacaq?
Bakıda daha bir intiharın qarşısı alındı
Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq
Bu axşam Dənizkənarı parkda atəşfəşanlıq olacaq
Bulvarda 2 uşaq anası özünü dənizə atdı — YENİLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 