Dənizkənarı Milli Parkda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən reyd keçirilib. Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ərazidə velosipedlərin hərəkət etməsi üçün müvafiq yerlərin olmasına baxmayaraq, qaydalara əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla tövsiyələr verilib. Diqqətə çatdırılıb ki, əhalinin istirahət etdiyi Dənizkənarı Milli Park ərazisində velosipedlərin hərəkətini tənzimlənməyən işarələr vurulub və hər bir velosiped istifadəçisi müvafiq qaydalara əməl etməlidir. Yalnız icazə verilən yerlərdə velosipedlərin hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmur. Bununla bağlı Dənizkənarı Milli Parkın mərkəzi əraziləri istisna olmaqla, digər yerlərdə - “Yeni Bulvar” və “Bayıl bulvar”da müvafiq yerlərdə xüsusi zolaqlar ayrılıb ki, orada velosipedlərin hərəkətinə icazə verilir. Velosiped istifadəçilərinə tövsiyə edilir ki, ərazidə mövcud qaydlara əməl etməklə digər şəxslərin hüquqlarına hörmətlə yanaşsınlar. Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, onların barəsində müvafiq protokollar tərtib olunub. Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bakı polisi bulvarda reyd keçirdi



Bakı bulvarına getmək istəyənlər bunları bilməlidir - RƏSMİ
"Tarqovı"da bunu etmək QADAĞAN EDİLDİ
Bulvarda skuterlərin sürət həddi müəyyənləşdi
FHN Dənizkənarı Milli Parkda tədbir keçirdi
Yol polisi Zərdabda reyd keçirdi
DİN sürücülərə müraciət etdi
Bu axşam Dənizkənarı parkda atəşfəşanlıq olacaq
Bulvarda 20 yaşlı qız intihar etdi
Polis mülki geyimdə avtobuslarda reyd keçirdi - DİN
Bulvarda gözlənilən bayram ab-havası başladı - FOTOLAR
Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq
Dənizkənarı Milli Park ərazisində HADİSƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 