Britaniyanın xarici işlər naziri Ceremi Hant "Sky News" nəşrinə müsahibəsində xəbərdarlıq edib ki, İran hökuməti Krallığa məxsus "Stena Impero" tankerini dərhal azad etməyəcəyi təqdirdə, bunun nəticələrinə qatlaşmalı olacaq. Lakin o, burada güc tətbiqi variantının nəzərdən keçirilmədiyini bildirib. ONN media RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, "Stena Impero" tankeri vertolyotun dəstəyi ilə dörd İran gəmisi tərəfindən mühasirəyə alınıb. Hantın məlumatına görə, daha sonra tanker kursunu dəyişib və İranın ərazi sularına doğru istiqamət alıb. "Gəminin göyərtəsində 23 nəfər olub və o, Britaniya bayrağı altında üzüb. Onların arasında britaniyalı yoxdur, lakin biz heyət üzvlərinə görə narahatıq", - deyə o əlavə edib. "Mən bu gün axşam ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə vəziyyət barədə danışdım, İranın xarici işlər naziri Cavad Zərif ilə danışmağa cəhd göstərdim, lakin başa düşdüyüm qədəri ilə o, təyyarədə idi, odur ki, onunla ilk fürsətdəcə danışacağıq", - deyə XİN rəhbəri bildirib. Hant qeyd edib ki, yaranmış vəziyyət qəbuledilməzdir və yaxın vaxtlarda hökumət üzvləri "Cobra"nın fövqəladə iclasında onu müzakirə edəcəklər. "Vəziyyət dərhəl öz həllini tapmasa, ciddi nəticələri olacaq…biz hərbi variantları nəzərdən keçirmirik, gəminin tezliklə azad edilməsi üçün diplomatik üsullar axtarırıq", - deyə nazir qeyd edib.
Britaniyadan İrana növbəti HƏDƏ



İran Britaniya tankerini azad etdi
İran meydan oxudu: ABŞ körfəzə girsə... - Şok ssenari
İranda saxlanılan tankerlə bağlı ŞOK AÇIQLAMA
SON DƏQİQƏ: SEPAH-dan şok həmlə - Müharibə elanı sayılacaq
İran hərbi gəmiləri Britaniya tankerinə hücum etdi - Video
İran Pompeonu niyə qəbul etmədi?
Zərif bəyənata cavab verdi
Britaniya İrana qarşı sanksiyaya hazırlaşır?
Cavad Zərif Azərbaycana səfər edəcək
Zərif Azərbaycana gələcək
İran bu ölkə ilə vizanı ləğv edir
Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 