İran Böyük Britaniyanın neft tankerini girov saxlamaqla Avropaya meydan oxumağa çalışır. ONN media xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli İranın Böyük Britaniyaya məxsus tankeri saxlamasına münasibət bildirərkən deyib. O bildirib ki, İranın bu addımı gərginliyi daha da artırmaqdadır: “Bundan əvvəl də Cəbəllütariq boğazında İran tankeri Britaniya tərəfindən saxlanılmışdı və hələ də həmin tanker Britaniyanın əlindədir. İndi İran tərəfi Britaniya tankerini saxlamaqla “girovların dəyişməsi”nə nail olmaq istəyir. Bununla Tehran heç nəyə məhəl qoymadan dünyanın böyük güclərinə meydan oxuyur. Bu isə İrana müsbət heç nə verməyəcək, əksinə, vəziyyəti daha da gərginləşdirəcək”. Politoloq bu vəziyyətdən daha çox ABŞ-ın yararlanacağını bildirib: “Bu hadisə Vaşinqtonun maraqlarına xidmət edir. Hesab edirəm ki, bundan sonra İrana qarşı təkcə ABŞ deyil, Böyük Britaniya da sanksiyalara başlayacaq. Düşünürəm ki, sanksiyaların qısa zamanda başlaması üçün ABŞ əlindən gələni edəcək. Həmçinin, bu hadisədən sonra Hörmüz boğazının bağlanması məsələsi də gündəmə gələ bilər. Sözügedən boğazın bağlanmasına cəhd də ən çox ABŞ-ın maraqlarına xidmət edir”. Q.Hüseynli Hörmüz boğazının bağlanması ilə İranın iqtisadi sonunun gələcəyini vurğulayıb: “Vaşinqtonun böyük təyyarədaşıyan gəmisi Hind okeanının Hörmüz boğazına yaxın ərazisində üzür. Həmin gəmi boğaza daxil olsa, gəmini müşayiət edən gəmilər boğazın dar hissəsini blokadaya alacaq və heç bir gəmi boğaza daxil ola bilməyəcək. Bununla da həmin əraziyə nəzarət ABŞ-ın əlinə keçəcək. Bu da İranın Hindistana neft ixraını tamamilə dayanmasına səbəb ola bilər. Bütün bunlar isə İran iqtisadiyyatının məhvi deməkdir”. Qeyd edək ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb.
İran meydan oxudu: ABŞ körfəzə girsə... - Şok ssenari



Rusiya vasitəçilik təklif etdi
İran hərbi gəmiləri Britaniya tankerinə hücum etdi - Video
İran Britaniya tankerini azad etdi
Britaniya faktları təqdim etdi: İran hücum edib!
İran üçün halqa daralır- Əgər...
Tehran niyə susur? – "Azərbaycanın notasına cavab verməsə..."
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
İran sanksiyalara rəğmən, Çinə neft göndərdi
SON DƏQİQƏ: SEPAH-dan şok həmlə - Müharibə elanı sayılacaq
İran Britaniyaya nota verdi
İran İsrailə MEYDAN OXUDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 