Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonu təbrik edib. ONN media xəbər verir ki, təbrikdə qeyd edilir: "Hörmətli cənab Baş nazir, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir. İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
İlham Əliyev Consonu təbrik etdi



İlham Əliyev Boris Consonu təbrik etdi
İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi
İlham Əliyev Britaniyanın Baş nazirinə məktub göndərib
İlham Əliyev kraliça II Elizabeti təbrik edib
İlham Əliyev Böyük Britaniya Kralını təbrik etdi
İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi
İlham Əliyev Britaniya Kraliçasını təbrik etdi
Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
İlham Əliyev Şimali Makedoniyanın yeni Prezidentinə məktub göndərdi
İlham Əliyev Dünya Bankının yeni prezidentini təbrik edib
İlham Əliyev yeni prezidentləri təbrik etdi
İlham Əliyev çinli həmkarını təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 