Şəhid olmamışdan bir saat öncə görüşdük və sonra isə şəhid xəbəri gəldi”
ONN media xəbər verir ki, bunu aprel döyüşlərinin qazisi gizir Sərxan Məmmədov şəhid gizirimiz Elimdar Səfərov haqqında danışarkən deyib. S.Məmmədov onların çox yaxın dost olduqlarını bildirib:
“Elimdarla səkkiz il bir otaqda qalmışıq. Bu səkkiz il ərzində çox əhvalatlarımız olub. Bir dəfə dənizkənarı bulvarda gəzəndə bir qızla oğlan ətrafdakıları nəzərə almadan nalayiq hərəkətlər edirdilər. Onda Elimdar oğlanı çağırıb ona iradını bildirdi. Şəhərdə gəzirdik və ikimiz də kostyum geyinmişdik. Ağsaqqal bir kişi yaxınlaşıb dedi ki, “Mən fəxr edirəm ki, vətənin sizin kimi oğlanları var. İndi gənclərin çoxu elə geyinir ki, adam utanır”. Aprel döyüşlərində də erməni səngərindəydik. Xəbər gəldi ki, Elimdarın mərmisi qurtarıb. Mən mərmini göndərəndə gördüm ki, o, özü gəlib. Dedim ki, özün niyə gəlirdin, onsuz da indi yollayırdım. Mərmini götürüb tez getdi və çox keçmədi ki, şəhid oldu. Onda çox pis oldum, çünki ən yaxın dostumu, qardaşımı itirdim”.
Qeyd edək ki, bu gün şəhid gizirimiz Elimdar Səfərovun doğum günüdür.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!



Aprel döyüşlərinin qəhrəman şəhidinin anası vəfat etdi
Mehriban Əliyeva evi əlindən alınan aprel şəhidinin ailəsinə mənzil bağışladı
Atası ilə danışandan bir saat sonra şəhid xəbəri gəldi...
Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi
ACI XƏBƏR GƏLDİ: daha bir əsgərimiz ŞƏHİD OLDU - FOTO
İtkin düşmüş hərbçimizin şəhid xəbəri gəldi
Erməni gülləsinə tuş gəlməyən...
Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEO
Aprel döyüşləri haqqında kitab nəşr edildi
Cənazə kimi tək bir ayağı gələn ŞƏHİDİMİZ - FOTO
Şəhid pilotun xanımı deputatlığa namizəd oldu
Mehriban Əliyeva: "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 