Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti avtomobilinin maketinin avtomobil yollarında tətbiqi ilə bağlı məlumat yayıb. ONN media bildirir ki, ölkədə yol hərəkəti qayda pozuntularının qarşısının alınması, sürücü intizamının möhkəmləndirilməsi və yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə avtomobil yollarında yol-patrul xidməti avtomobillərinə bənzər maketlərin quraşdırılmasına başlanıb: "Təcrübə göstərir ki, yol-patrul avtomobilində xidmət aparıldığını görən sürücülərdə əksər hallarda məsuliyyət və intizam hissi artır, inzibati məsuliyyətə cəlb olunmamaq üçün qaydalara riayət etməyə çalışılır. YPX avtomobilinin maketi quraşdırılmış yolda hərəkət edən intizamsız sürücü də zənnində yanıldığını başa düşənədək törədə biləcəyi qəzadan yayınmış olur, yenidən yol hərəkəti qaydalarını pozmaq barədə düşüncəsində tərəddüdlər yaranır, intizamlı olmağa meyillənir. Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə geniş tətbiq edilən bu metod yol qəzalarının sayını minimuma endirməkdə mühüm nəticələr verir. Uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlərin yerləri səmərəlilik baxımından mütəmadi olaraq dəyişdiriləcək. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində sürücülərin diqqətini daha tez cəlb etmək üçün göy-sayrışan işıq cihazları ilə təchiz edilmiş maketlər gələcəkdə daha innovativ əlavələr tətbiq edilməklə istifadə olunacaq. Hazırda bu mobil maketlərin yol hərəkəti iştirakçılarının kifayət qədər uzaq məsafədən aydın görə biləcəkləri, eləcə də qəza ehtimalı daha çox olan avtomobil yollarında quraşdırılması nəzərdə tutulub və artıq prosesə başlanılıb.
DYP-dən maket açıqlaması...



DYP-dan maketlərlə bağlı XƏBƏRDARLIQ
Yol polisindən sosial şəbəkələrdəki etirazlara REAKSİYA
739 sürücü cərimələndi - Bu səbəbə...
Bunu edən 2055 sürücü CƏZALANDIRILDI
DYP açıqladı: Bir gündə 1753 nəfər...
Dünən nə qədər adam cərimələnib?
Nə qədər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib?
Yol polisindən sürücü və piyadalara MÜRACİƏT
DYP sürücülərə xəbərdarlıq etdi
Piyadalara qarşı cərimələri yol polisi yazacaq
Görüntüləri yayılan YPX əməkdaşı ilə bağlı - RƏSMİ QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 