Sosial şəbəkədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) əməkdaşının yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığına dair rəsmi məktub paylaşılıb. ONN media xəbər verir ki, qayda pozuntusu ilə bağlı vətəndaş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb. Rəsmi cavab məktubu vətəndaşın müraciətinə cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsindən göndərilib. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov ilə əlaqə saxladıq. V.Əsədov oxu.az-a açıqlamasında faktı təsdiq edib: “Sözügedən şikayət məktubu Sabunçu rayon Bakıxanov qəsəbəsi, S.Qocayev, məhəllə 4094 ərazisində yaşayan Dədəverdiyev Əsəd İntiqam oğlu tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanlanıb. O, 99-YP-410 dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən patrul əməkdaşının görüntülərini “YouTube” kanalına yerləşdirib. Görüntülərlə birlikdə idarəyə göndərdiyi məktuba baxılıb, araşdırma aparılıb və aidiyyəti üzrə vətəndaşa cavab verilib”. V.Əsədov onu da əlavə edib ki, Əsəd Dədəverdiyev 2020-ci ilin ilk dörd ayı ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə doqquz belə müraciət ünvanlayıb: “Dədəverdiyev Əsəd İntiqam oğlu 2016-cı ildən bizə bu tipli müxtəlif müraciətlər ünvanlayır. Təkcə 2020-ci ildə onun ünvanlandığı doqquz bu tipli müraciət tərəfimizdən cavablandırılıb. 2019-cu ildə vətəndaşın bənzər daha yeddi müraciətinə baxılıb və cavablandırılıb. Sonuncu müraciət əsasında, onunla şəxsən əlaqə saxladım. Cavab məktubunun öz adının gizlədilməsi surətilə sosial şəbəkədə paylaşmasının səbəbini soruşdum. Vətəndaş cavab olaraq bizə öz hüquq və vəzifələrindən istifadə etdiyini bildirdi”. Qeyd edək ki, cavab məktubunda yol hərəkəti qaydalarını pozan 99-YP-410 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşının aidiyyəti üzrə intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
Görüntüləri yayılan YPX əməkdaşı ilə bağlı - RƏSMİ QƏRAR



Bakıda polis qəza törətdi- Yaralı var
Vəzifəli şəxs təqaüdə göndərildi
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Sürücüdən rüşvət alan yol polisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU
Yol polisi yeni geyimdə
"Renc Rover"lə YPX maşınını vuran sürücü həbs edildi
Bakıda avtoxuliqan həbs edildi və...
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
Vaqif Əsədov da işdən çıxarıldı?
Ramil Usubovdan yeni rəis təyinatı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 