Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Alget ərazi bilriyinə daxil olan Alget, Sabirkənd, Təzəkənd və Əzizkənd sakinləri etiraz aksiyası keçiriblər. ONN media “Report”a istinadən xəbər verir ki, etirazçılar Alget kəndi ərazisindən keçən mərkəzi avtomobil yolunu bağlayıblar. Aksiyaçılar bir neçə kəndə marşrut avtobuslarının hərəkət qrafikindən şikayət ediblər. Kənd sakinləri avtobusların hərəkət qrafikinin onların tələblərinə uyğun olmadığını bildiriblər. Etirazçıların sözlərinə görə, qüvvədə olan qrafik üzrə hərəkət edən avtobuslarda böyük sıxlıq yaranır və bu da sərnişinlərin haqlı narazılığına səbəb olur. Kənd sakinlərinin etiraz etdiyi digər məsələ ağır yük maşınlarının kəndin mərkəzi yolu ilə hərəkət etməsi nəticəsində yolun yararsız hala düşməsi ilə bağlı olub. Hadisə yerinə gələn Marneuli rayon bələdiyyəsinin nümayəndələri sakinləri narahat edən məsələlərlə bağlı rayon rəhbərliyi tərəfindən lazımi addımların atılacağına söz veriblər. Bundan sonra kənd sakinləri bağladıqları yolu açıblar.
Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirdilər



Azərbaycanlılar Gürcüstanda aksiyaya başladı
Azərbaycanlı əlillər etiraz aksiyası keçirdi
Daşqın nəticəsində Marneuli bazarını su basıb
"Sarı jiletlər" Parisdə növbəti etiraz aksiyası keçirdilər
Tbilisinin mərkəzində etiraz aksiyası keçirildi
Yerevanda etiraz aksiyası
Bakının mərkəzində qorxunc hadisə - Marşrut avtobusunun təkəri çıxdı
24 saat nəqliyyatın hərəkəti dayandırıldı- Səbəb?
Gürcüstanda azərbaycanlılar “donuz qripi”nə TUTULDU
Daha bir kənd koronavirusa görə nəzarətə götürüldü
Yerevanda insanlar küçəni bağladılar - NƏ BAŞ VERİR?
Gürcüstanda polislə yerli azərbaycanlılar arasında qarşıdurma
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 