Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rus icmasının sədr müavini Boris Voronini qəbul edib. Görüşdə Qərb Regionu üzrə Rus icmasının sədri Valeri Kozin, sədr müavini, “Novosti Gandji” qəzetinin redaktoru İrina Kalaşnikova da iştirak ediblər. Söhbət zamanı bildirilib ki, Azərbaycan və Rusiya xalqları arasındakı münasibətlərin çoxəsrlik tarixi var. Bu gün Azərbaycanda yüz minlərlə rus yaşayır və onların kompakt yaşayış məskənləri qorunmaqdadır. Bu da onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür. Daha sonra Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə “Şərəf və ləyaqət” ordenini təqdim edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz növbəsində əməyinin yüksək qiymətləndirildiyinə görə qonaqlara təşəkkürünü bildirib. Şəhərin rus icmasına göstərdiyi daimi köməyə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov isə I dərəcəli fəxri diplomla mükafatlandırılıb. Sonda xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub



Gəncə İH-də kadr dəyişikliyi
Daha bir məmur işdən çıxarıldı
Prezidentdən Elmar Vəliyevlə bağlı MÜHÜM SƏRƏNCAM
Gəncədə şəhidlərin xatirəsi anıldı
Gəncə icra başçısına iki yeni müavin təyin edildi
Gəncəyə yeni baş memar təyin edildi
Gəncənin icra başçısına yeni köməkçi təyin edildi
Niyazi Bayramovdan YENİ TƏYİNAT
Gəncədə Cavad xanın xatirəsi anılıb
Niyazi Bayramov növbəti səyyar qəbul keçirdi
Niyazi Bayramov sakinlərlə görüşüb
Mədəniyyət naziri Gəncə şəhərində olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 