Gənc şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə Gəncə xanlığının sonuncu hökmdarı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın xatirəsi yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Təbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək qeyd edib ki, Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya ordusunun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Gəncə işğal olunduqdan sonra və Sovetlər dönəmində Cavad xanın adını anmaq yasaqlansa da, xalq qəhrəmanlarını unutmayb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Cavad xanın məzarı üzərində gördüyünüz bu tarixi üslubda türbə inşa olunub. Gəncənin ən qədim küçə və qəsəbəsinə onun adı verilib.
Professor Həsənbala Sadıqov çıxış edərək, tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Çar imperiyası qoşunlarının çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin müdafiəsində Cavad xan və ortancıl oğlu Hüseynqulu xan şəhid olublar. Qalanın müdafiəsi zamanı minlərlə gəncəli həlak olub. Şah Abbas məscidinə sığınan yüzlərlə insan isə son nəfərinədək qılıncdan keçirilib. Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. O, tək Gəncənin yox, bütün Azərbaycanın müstəqillik rəmzidir.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorlarnın təqdimatında Cavad xanın xatirəsinə həsr olunan səhnəçik nümayiş olunub. Daha sonra tədbir iştirakçıları Cavad xanın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.



Şəhadəti ilə ölümsüzlüyə ucaldı Cavad xan!
ŞƏHADƏTİ İLƏ ÖLÜMSÜZLÜYƏ UCALDI CAVAD XAN!
ŞƏHADƏTİ İLƏ ÖLÜMSÜZLÜYƏ UCALDI CAVAD XAN!
Gəncədə şəhidlərin xatirəsi anıldı
Böyük Azərbaycan sərkərdəsi Cavad xan
Gəncə İH-də kadr dəyişikliyi
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib - FOTO
Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib
Daha bir məmur işdən çıxarıldı
Prezidentdən Elmar Vəliyevlə bağlı MÜHÜM SƏRƏNCAM
Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 