Vergilər Nazirliyi eyni adlı 4 şirkəti dövlət qeydiyyatına alıb. Report xəbər verir ki, söhbət “Abrar Consulting”, “Amrar Med” və “Abrar Investment” MMC-lərdən, eləcə də onları bir çətir altında birləşdirəcək “Abrar Group” MMC-dən gedir. Bunlardan sonuncunun nizamnamə kapitalı 2 000 manat, digər 3 şirkətin nizamnamə kapitalı isə 1 000 manatdır. Onlar eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46-da qeydiyyatdan keçib. 4 kommersiya qurumunun hamısının qanuni təmsilçisi Heydər Rza oğlu İbrahimovdur. Xatırladaq ki, H.İbrahimov keçmiş bankirdir. O, 1988-ci ildə Bakıda “Universal Bank”ı təsis edib. Bu maliyyə qurumu 2001-ci ildə adını “Kövsər Bank”a, 2014-cü ildə isə “Synergy Group”a satılması ilə əlaqədar adını “Caspian Development Bank”a dəyişib, 2017-ci ildə isə “Atabank” ASC-yə birləşib. Yeri gəlmişkən, yeni şirkətlərin hüquqi ünvanı vaxtilə "Kövsər Bank"ın baş ofisinin yerləşdiyi ünvanla eynidir.
Azərbaycanda keçmiş bankir holdinq yaratdı



“Yaşıl Bazar”ın sahibi adını və təşkilati formasını dəyişir
“Akkord”un 3 şirkəti kapitalını azaldır: 5 milyon manatlıq kiçilmə
Azərbaycan və Əfqanıstan birgə investisiya şirkəti yaradıb
Azərbaycanda böyük şirkət bölünür
“Azərbaycan” nəşriyyatı 4 milyonluq kapitalla qeydiyyata alındı
Azərbaycanlı milyarderin oğlunun şirkəti yarım milyonunu geri çəkdi
Azərbaycanda yenilik: Bələdiyyə taksi şirkəti yaradıldı
Nazirlik məşhur marketi cərimələdi
Eldar Mahmudova məxsus şirkət ləğv olunur
Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi
Daha bir bankın lisenziyası ləğv edilir?
Bu qurumun sədri dəyişdi - TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 