qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “Bazarstore” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
ONN media xəbər verir ki, “Bazarstore” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Bazarstore” qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Qeyd edək ki, “Bazarstore”un ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir. “Bazarstore” MMC 1999-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 40 milyon 862 min 223,16 dollar olan şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir. Əvvəllər “Azərsun Holdinq”ə bağlı olan “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının üzvü olan Ebrahim Samadi bu vəzifəyə yeni təyin olunub. Daha əvvəl “Bazarstore” MMC-nin direktoru Burhan Sevahil olub.
“Azərsun Holdinq” MMC isə 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 127 milyon 626 min 666,67 manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə tanınmış iş adamı Abdolbari Gözəldir



Maskalılar Bakıda “Bazarstore”a silahlı basqın etdi – Yaralılar var
“Bazarstore”da BƏDBƏXT OLAY - Gənc qız...
“Bazarstore” müştərilərini aldadır?
“Azərsun Holdinq”də nə baş verir?- 100 işçi...
Məşhur onlayn alış-veriş saytı cərimələndi
ATV-nin daha bir əməkdaşı nazirlikdə vəzifəyə təyin edildi
Azərbaycanda keçmiş bankir holdinq yaratdı
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
Azərbaycanda məşhur universitet ləğv olundu
İlham Əliyevdən bu quruma yeni təyinat olub
“28 Mall”da bomba var dedi...- SAXLANILDI
Prezident Məmməd Abbasbəyliyə yüksək vəzifə verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 