Türkiyə Silahlı Qüvvələrinin və Milli Kəşfiyyat Təşkilatının (MİT) iyulun 30-da İraqın şimalındakı Qara bölgəsində birgə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilən iki təhlükəli terrorçunun şəxsiyyəti müəyyənləşib. ONN media xəbər verir ki, “Botan” ləqəbli Hacı Kurhan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən təhlükəli terrorçulardan olub. O, PKK-nın rəhbər şəxslərindən sayılan Murat Karayılanın ən yaxın silahdaşlarından biri hesab edilirdi. H.Kurhan Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Kösenin öldürülməsi ilə nəticələnən terror aktının əsas təşkilatçısı olub. Məhv edilən digər terrorçunun isə “Kendal” ləqəbli Metin Akgün olduğu müəyyənləşib. Onun bacısı “Berivan” ləqəbli Nəslihan Akgünün də PKK terror təşkilatının fəal üzvlərindən biri olduğu bildirilir. H.Kurhan və M.Akgün Türkiyədə bir sıra terror aktlarının təşkilində ittiham olunublar.(axar.az)
Türk diplomatın qətlini təşkil edən terrorçu məhv edildi



Türkiyə ordusundan əməliyyat: 5 terrorçu MƏHV EDİLDİ
Başına 1 milyon qoyulan terrorçu MƏHV EDİLDİ
Türkiyə ordusu PKK-nın əsas üzvlərindən birini MƏHV ETDİ
Türkiyə ordusu 3 PKK terrorçusunu məhv etdi
Türk ordusu "Roza" və "Nübar"ı MƏHV ETDİ
PKK-ya ağır zərbə: Liderlərdən biri zərərsizləşdirildi
Türkiyədə daha bir PKK terrorçusu MƏHV EDİLDİ
Türkiyədə təhlükəli terrorçu məhv edildi
Ankaradakı terrorçulardan birinin kimliyi açıqlandı
Türkiyədə xüsusi əməliyyat: "Baver-Çektar" ƏLƏ KEÇDİ
Türkiyə ordusundan DAHA BİR ZƏRBƏ: Məhv edilən terrorçu sayı 53-ə çatdı
Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 