Fransız rejissoru Jan-Pyer Moki 91 yaşında vəfat edib. ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı "France-Press" agentliyi rejissorun ailəsinin bəyanatına istinadla yayıb. Məlumatda deyilir ki, Moki avqustun 8-də Parisdəki evində yaxınlarının əhatəsində vəfat edib. Jan-Pyer Moki karyerasına teatr və kino aktyoru kimi başlayıb. Onu Mikelancelo Antonioninin 1953-cü ildə çəkdiyi "Məğlub edilmişlər" filmindəki rolu məşhurlaşdırıb. 1963-cü ildə çəkdiyi "Məzəli mömin" komediyası isə ona bir rejissor kimi şöhrət qazandırıb. Jan-Pyer Moki "Solo" (1969), "Səfehlər üçün tələ" (1979), "Qızıl dib" (1985), "Salam" (1994), "Könüllü" (2006) və s. filmlərin rejissorudur. O, öz karyerası ərzində 60-dan çox bədii film çəkib. Mokinin filmlərində Jerar Depardye, Pyer Rişar, Burvil və Mişel Simon kimi aktyorlar çəkiliblər. O, dəfələrlə ssenarist, montajçı, prodüser və aktyor kimi çıxış edib.
Məşhur rejissor vəfat etdi



Əfsanəvi Alen Delon öldü
“Kabus ovçuları”nın rejissoru vəfat etdi
"Rokki" filminin aktyoru vəfat etdi
Məşhur rejissor koronadan öldü
Məşhur aktyor vəfat etdi
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Əfsanəvi rejissor vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Rac Kapurun oğlu vəfat etdi
Məşhur aktyor vəfat edib
Məşhur azərbaycanlı aktyor koronavirusdan öldü
Məşhur türkiyəli aktyor vəfat edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 