Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Qurban bayramı münasibətilə səfərə çıxan sürücülərə müraciət edib. İdarədən ONN media -ya verilən məlumatda bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını Qurban bayramı münasibətilə təbrik edərək səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edir: Hörmətli sürücülər! Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir. Uzaq məsafələrə səfərlər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz. Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin.Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün qiymətləndirin, arxayın olmadığınız, yanlış qərar verməyin. Aparılan təhlillər göstərir ki, bu qaydalara riayət edilməməsi səbəbindən son günlər ağır nəticəli yol nəqliyyat hadisələri qeydə alınıb. Yol hərəkəti qaydalarına ciddi əməl etməklə siz həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz. Unutmayın ki,əzizləriniz yoluzu gözləyir.
DYP -dən sürücülərə MÜRACİƏT



Sürücülərin DİQQƏTİNƏ
Yol polisindən sürücülərə MÜRACİƏT
Yol Polisindən sürücülərə xəbərdarlıq
DYP bu sürücülərə müraciət etdi
DİN bu şəxslərə müraciət etdi
DYP-dan sürücülərə XƏBƏRDARLIQ
DYP-dən isti hava ilə bağlı sürücülərə müraciət
Səfərə hazırlaşan sürücülərə müraciət
Yol polisi sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
DYP-dən əhaliyə bayram günləri ilə bağlı MÜRACİƏT
DYP sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 