Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib.
ONN media xəbər verir ki, müraciətdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşlarının gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib.
“Hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişin daşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır”, - məlumatda bildirilib.
İdarə bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, qaydalara sözsüz əməl etməyə çağırıb.



DYP hərəkət iştirakçılarına müraciət edib
Səfərə hazırlaşan sürücülərə müraciət
Yol Polisindən sürücülərə xəbərdarlıq
DYP bu sürücülərə müraciət etdi
DİN bu şəxslərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
DYP -dən sürücülərə MÜRACİƏT
Həftəsonu səfərə çıxanlara XƏBƏRDARLIQ
DYP-dən qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə MÜRACİƏT
Novruz bayramında rayonlara getmək istəyənlərə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 