Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyub. Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb. Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomotologiya, oftalmologiya, yuma-dezinfeksiya, genekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb. Bildirilib ki, Almaniya, Amerika, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb. Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib. Sonda qurbanlıqlar kəsilib və xatirə şəkilləri çəkdirilib.
Zakir Həsənov tapşırıq verdi



Zakir Həsənov Xocavənddə yeni hərbi hosbitalın açılışında
Zakir Həsənov hospitalda
Zakir Həsənov hərbi hospitalda
Zakir Həsənov hərbi hospitalda - VİDEO
Cəbhəboyu zonada HHQ-nin yeni hərbi hissəsinin açılışı olub
Zakir Həsənov cəbhədə əsgərlərlə nahar etdi
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başladı - Foto
Zakir Həsənov yaralı hərbiçilərimizlə görüşdü
Zakir Həsənov cəbhə xəttində
Nazir müalicə olunan hərbiçilərə baş çəkdi
Həsənov Ali Baş Komandanın təbriklərini hərbçilərə çatdırdı
Zakir Həsənov yeni hərbi hissənin açılışını edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 